ABŞ Rusiyanın “Tempbank”ına sanksiya tətbiq edib
09 may 2014 06:37 (UTC +04:00)

ABŞ Rusiyanın “Tempbank”ına sanksiya tətbiq edib

Ötən gün ABŞ Suriyadakı rejimə qarşı sanksiyaların müddətini bir il də uzadıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Tempbank”-ını da sanksiya siyahısına daxil edib.

 

Mənbə bildirib ki, bankın idarə heyətinin sədri Mixail Qaqloyevin adı bu siyahıdadır.

 

Məlumata əsasən, bu maliyyə qurumu Suriyadakı rejimlə əməkdaşlıq etdiyi üçün sanksiyaya məruz qalıb.

 

Mənbə xatırladıb ki, Qaqloyevlə yanaşı Suriyadakı hakimiyyətini 6 təmsilçisi və iki neft emalı zavoduna qarşı sanksiya tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar