ABŞ Rusiyanı noyabrın 2-də Donbasda keçirilən seçkilərə görə təcrid etməklə hədələyib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki bəyan edib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton seçkiləri tanımayacaq.
“Biz bununla əlaqədar BMT, Avropa İttifaqı, Fransa və Almaniyan bəyanatlarını alqışlayırıq. Əgər Rusiya seçkiləri tanımaq niyyətindədirsə, bu onun təcrid edilməsinə gətirib çıxaracaq”, deyə Psaki bildirib.