ABŞ Rusiyanı Suriyadakı zərbələrə görə təriflədi
18 noyabr 2015 05:55 (UTC +04:00)

ABŞ Rusiyanı Suriyadakı zərbələrə görə təriflədi

0

Rusiya noyabrın 17-də  ilk dəfə olaraq ABŞ-ı  qabaqcadan Suriyada endirəcək zərbələr haqqında məlumatlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Pentaqonun nümayəndəsi Piter Kuk bildirib.   

 

“Bu ilk dəf idi ki, ruslar   qabaqcadan əməliyyatlarının bir qisminə dair bizi məlumatlandırıb. Onların bizə konkret nə qədər vaxt verməsinə dair heç nə deyə bilmərəm, lakin bu peşəkarcasına edilib.  Əvvəlcədən edilən xəbərdarlıq zərbələr rayonunda təyyarələrimizin olacağı təqdirdə onların uçuş marşrutlarında  dəyişikliklər etməyə imkan verir. Lakin, bu dəfə buna ehtiyac yaranmayıb”, deyə Kuk bildirib.   

 

Qeyd edək ki, Rusiya və ABŞ bir müddət əvvəl Suriyada hava əməliyyatları zamanı insidentlərin qarşısının alınması üzrə tədbirlərə dair razılığa gəliblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar