ABŞ Rusiya təyyarəsində partlayış olduğunu istisna etmir
05 noyabr 2015 23:43 (UTC +04:00)

ABŞ Rusiya təyyarəsində partlayış olduğunu istisna etmir

0

Rəsmi Vaşinqton Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin göyərtəsində partlayış olduğunu istisna etmir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

 

“Terror aktının mümkünlüyünü istisna etməyəcək kifayət qədər məlumatımız var”, deyə C.Ernest bildirib.

 

Məlumatın təfərrüatları və hansı mənbələrdən alındığını Ağ Ev nümayəndəsi dəqiqləşdirməyib.

 

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə  Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb. Ölənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Təyyarədə həmçinin 4 Ukrayna və 1 Belarus vətəndaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 475

Oxşar yazılar