Ukrayna ətrafında münaqişə həll olunanadək ABŞ Rusiya ilə ticarət və sərmayə məsələləri ilə bağlı bütün danışıqları dayandırır.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ABŞ Ticarət Nümayəndəliyi İdarəsinin təmsilçisi açıqlama verib.
«Biz Rusiya hakimiyyəti ilə ticarət və kommersiya əlaqələri üzrə hazırlıq vəziyyətində olan istənilən ikitərəfli ticarət və sərmayə müqavilələrini təxirə salırıq»-deyə, təmsilçi vurğulayıb.
Onu da xatırladaq ki, bir müddət öncə eyni səbəblə ABŞ Rusiya ilə bütün hərbi təmasları dayandırıb.Bura istənilən birgə hərbi təlimlər, danışıqlar, səfərlər, konfranslar daxildir.