"Türkiyənin Rusiya təyyarəsini ABŞ-a yaltaqlanmaq üçün vurması cəfəngiyatdır"
Ağ evin mətbuat katibi Coş Ernest Türkiyənin Rusiya təyyarəsini ABŞ-a yaltaqlanmaq üçün vurmasına dair iddiaları cəfəngiyat adlandırıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu o, Vaşinqtonda keçirdiyi brifinq zamanı bəyan edib.
C. Ernest qeyd edib ki, ABŞ Türkiyənin hava məkanını qorumaq hüququnu dəstəkləyir. O həmçinin Moskva ilə Ankaranı vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.