ABŞ prezidentliyinə namizəd  müsəlmanları qəzəbləndirdi
22 avqust 2015 06:35 (UTC +04:00)

ABŞ prezidentliyinə namizəd müsəlmanları qəzəbləndirdi

0

ABŞ müsəlmanlarının ən iri təşkilatı olan ABŞ-İslam Münasibətləri Şurası prezidentliyə seçki kampaniyasında iştirak edən Viskonskin ştatının qubernatoru Skott Uokerin üzr istəməsini tələb ediblər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Uoker çıxışlarının birində dünyada çox az sayda dərrakəli və mötədil İslam dininin ardıcıllarının olduğunu bildirib.  

     

ABŞ-İslam Münasibətləri Şurası rəhbərliyinin nümayəndəsi Robert Makkonun sözlərinə görə, bu cür bəyanatlar prezidentliyə namizədə yaraşmayan İslamı və müsəlmanları anlamamasını əks etdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar