ABŞ prezidentini çevriliş cəhdində günahlandırdı
10 mart 2015 11:35 (UTC +04:00)

ABŞ prezidentini çevriliş cəhdində günahlandırdı

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidentinin ölkəsində çevriliş etmək cəhdində günahlandırıb.

 

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Maduro canlı yayımda bəyan edib ki,Barak Obamanın məqsədi Venesuelaya hücum etmək və ölkəni nəzarətə götürməkdir.

 

“Obama fiasko yolu ilə getmək qərarına gəlib. O, yaddaşlarda Corc Buş kimi qalmaq istəyir”, - deyə o vurğulayıb.

 

Maduro imperializmə qarşı mübarizə və sabitliyin qorunub-saxlanılması üçün parlamentdən əlavə səlahiyyətlər istəyəcəyini də bəyan edib.

 

Xatırladaq ki, martın 9-da Obama Venesuela hökumətinin 7 üzvünə qarşı sanksiyaların tətbiqinə dair sənəd imzalayıb. Vaşinqton həmin şəxsləri Venesuela vətəndaşlarının hüquqlarını pozmaqda və korrupsiyada ittiham edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102
avatar

Oxşar yazılar