<span style="color:red;">DƏHŞƏT:  ABŞ polisi qaradərili gəncə 16 atəş açıb öldürdü
25 noyabr 2015 10:59 (UTC +04:00)

DƏHŞƏT: ABŞ polisi qaradərili gəncə 16 atəş açıb öldürdü

0

ABŞ-ın Çikaqo kəndində maşın oğurluğuna görə axtarışda olan 17 yaşlı zənci Laquan McDonald polis tərəfindən 16 güllə ilə öldürülüb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, 20 noyabrda baş verən hadisə zamanı 17 yaşlı zənci onu izləyən polis məmuru Jason Van Dyke tərəfindən əlindəki bıçağı atmaq tələbini rədd etdiyi iddiası ilə yolun ortasında güllələnərək öldürülüb.

Çikaqoda baş verən hadisə zamanı polis məmuru Jason Van Dykenin Laquan McDonaldı öldürdüyü anlar saniyə-saniyə qeydə alınıb.

Törətdiyi hadisəyə görə  polis məmuru birinci dərəcədən cinayətlə günahlandırılır.

Hadisənin görüntüləri yayıldıqdan sonra çoxlu gənc polis şiddətinə qarşı etiraz etmək üçün küçələr axışıb.

Qeyd edək ki, Amerika polisinin, xüsusən Ferguson, Baltimore və Nyu York şəhərlərində zəncilərə qarşı  şiddəti etirazlara və ABŞ ədalət sisteminin müzakirəyə çıxarılmasına səbəb olmuşdu.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar