ABŞ Pakistanın “Camaaat-ud-Dava”-sının hesablarını dondurub
27 iyun 2014 04:08 (UTC +04:00)

ABŞ Pakistanın “Camaaat-ud-Dava”-sının hesablarını dondurub

0

ABŞ Pakistanın “Camaat- ud-Dava” təşkilatını xarici terrorçu qurumlar siyahısına daxil edib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, təşkilatın ABŞ-dakı bütün bank hesabları dondurulub.

 

“Camaat ud-Dava” isə bildirib ki, onların fəaliyyəti humanitar xarakterlidir. Ancaq Vaşinqton onların Pakistanda yerləşən, islamçı sayılan terrorçu “Leşkər-e-Tayba”  qrupu ilə əlaqəli olduğunu bildirib.

 

ABŞ, Hindistan və başqa dövlətlər hesab edir ki, “Leşkər-e-Tayba” “əl-Qaidə-yə bağlıdır. 6 il öncə Hindistanın Mumbai şəhərinə basqının məsuliyyətini “Leşkər-e-Tayba”-nın üzərinə qoyublar. Həmin basqın nəticəsində 160-dan çox insan ölmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar