ABŞ Misirə hərbi yardımı bərpa edib
24 aprel 2014 07:17 (UTC +04:00)

ABŞ Misirə hərbi yardımı bərpa edib

ABŞ Misirə hərbi yardımı bərpa edib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Amerika hərbi yardım çərçivəsində bu ölkəyə 10 ədəd “Apache” vertolyotu verəcək.

 

Pentaqon bildirib ki, bu texnikanın köməyi ilə Misirdəki hakimiyyət Sinay yarımadasındakı yaraqlılara qarşı daha səmərəli mübarizə aparacaq. 

 

Xatırladaq ki, Misir prezidenti Məhəmməd Mursi hakimiyyəti devrildikdən sonra Vaşinqton Misirə hərbi yardım proqramının müvəqqəti olaraq, dondurmuşdu.

 

ABŞ hakimiyyəti bildirib ki, Misir İsraillə sülh müqaviləsinin bütün şərtlərinə əməl etdiyindən hərbi yardım proqramının bərpası ilə bağlı qərar qəbul edilib.

 

Bununla belə ABŞ-ın dövlət katibi Con Kerri rəsmi Qahirəyə xəbərdarlıq edərək, vurğulayıb ki, Vaşinqton Misirdən ədalətli və şəffaf prezident seçkisi keçirməyi gözləyir.

 

Xatırladaq ki, prezident seçkisi bu ilin mayında keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar