ABŞ Konqresi Kürdistan Demokrat Partiyası və Kürdüstan Vətənpərvərlər Birliyini terror təşkilatları siyahısından çıxarıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla əlaqədar Konqres layihə hazırlayıb. ABŞ-ın İraq və İran üzrə məsləhətçinin müavini Bret Gurk rəsmi Twitter səhifəsində bildirib ki, bu, Amerikaya gəlmək istəyən kürdlər üçün maneə törədirdi. “Artıq bu problem həll olundu və buna görə sevinirəm”.
Digər tərəfdən İraq Kürd Regional Təşkilatının rəsmisi Fuad Hüseyn vurğulayıb ki, layihə imzalanmaq üzrə prezident Barak Obamaya göndərilib: “Obamanın sənədi imzalayacağına ümid edirik".