ABŞ Kuba ilə diplomatik münasibətləri bərpa edəcək
17 dekabr 2014 20:34 (UTC +04:00)

ABŞ Kuba ilə diplomatik münasibətləri bərpa edəcək

0

ABŞ Kubaya qarşı ticarət embarqosunu yumşaltmaq və rəsmi Havana ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə bəyan edib.

 

ABŞ 1961-ci ildə bağlanan Havanadakı səfirliyini açmaqla yanaşı fərdi evlərin tikilməsi üçün inşaat materiallarına, bir sıra istehlak mallarına, xırda fermalar üçün texnika ixracatına məhdudiyyəti aradan qaldırmaq niyyətindədir. Həmçinin ölkələr arasında bəzi maliyyə əməliyyatlarının keçirilməsi də mümkün olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar