ABŞ Konqresinin üzvü Don Yanq (Don Young) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olaraq qoşulub. Lent.az-ın məlumatına görə, bununla İşçi Qrupundakı üzvlərin sayı 65-ə çatıb. Respublikaçılar Partiyasından olan konqresmen Yanq ABŞ Konqresində Alyaska ştatını təmsil edir.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.