ABŞ İŞİD-lə mübarizəyə 1,1 milyard dollar pul xərcləyib
07 oktyabr 2014 10:54 (UTC +04:00)

ABŞ İŞİD-lə mübarizəyə 1,1 milyard dollar pul xərcləyib

0

ABŞ İŞİD-lə mübarizəyə 1.1 milyard dollar xərcləyib. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Pentaqon terror təşkilatı İŞİD-lə mübarizədə Suriya və İraqda aparılan əməliyyatlarda indiyə qədər 1,1 milyard dollar xərclədiyini açıqlayıb.

Bu məbləğin yaz aylarından başlayaraq aparılan əməliyyatlarda xərclədiyi qeyd edib.

Aparılan əməliyyatlarda ABŞ silahlı qüvvələri tərəfindən təxminən 185  döyüş sursatı hərbi təyyarələrlə havadan, 47 Tomahavk raketinin gəmilərdən, 1000 sursatı qırıcı təyyarələr tərəfindən İŞİD-in nəzarət etdiyi ərazilərinə atıldığı bildirilib.

Hava hücumlarına çəkilən xərc bildirilməsə də, ABŞ Tomahavk raketinə indiyə qədər 62 milyon pul xərcləyib.

ABŞ-ın bu günə qədər İraqda 266, Suriyada isə 95 hava hücumu təşkil etdiyini bildirilib.

İraqın paytaxtı Bağdadda olan ABŞ səfirliyində 300-dən çox əsgəri var. Pentaqonun gündəlik aparılan əməliyyatlarda 7-10 milyon arası xərclədiyi qeyd edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1104

Oxşar yazılar