ABŞ İraqdakı təlim bazasının şəxsi heyətini köçürür
13 iyun 2014 06:59 (UTC +04:00)

ABŞ İraqdakı təlim bazasının şəxsi heyətini köçürür

0

ABŞ İraqın mərkəzində yerləşən Bələd şəhəri yaxınlığındakı fərdi aviabazasının şəxsi heyətini köçürməyə başlayıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda ABŞ-nı «Fox News» teleşirkəti xəbər yayıb.

 

“İraq və Levante İslam Dövləti” yaraqlılarının bazaya basqın edəcəyi halda oradakı mülki vətəndaşların həyatına təhlükənin yarana biləcəyi səbəb kimi göstərilib. 

 

Mənbə bildirib ki, bu baza ABŞ-ın əhəmiyyətli obyektlərindəndir. Son zamanlar oradakı amerikalı təlimatçılar Yaxın Şərq dövlətləri üçün təhlükəsizlik kadrların hazırlığı ilə məşğul olur. Bölgə dövlətlərindən olan operatorlara pilotsuz uçan qurğuların idarə edilməsi öyrədilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar