ABŞ Maliyyə Nazirliyi ötən gün tibbi avadanlığın və məhsulların İrana tədarükünə qoyulan məhdudiyyətləri ləğv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilir.
Dərc olunmuş məlumata bundan əvvəl ABŞ-dan ixracına qadağa qoyulmuş tibbi məhsulların siyahısı əlavə edilib.