ABŞ iqtisadiyyatında ÜDM kəskin azalıb
26 iyun 2014 01:39 (UTC +04:00)

ABŞ iqtisadiyyatında ÜDM kəskin azalıb

0

Son 5 ilin nəticələrinə əsasən, 2014-cü ilin birinci rübündə ABŞ iqtisadiyyatında pisləşmə müşahidə edilib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bunu ölkənin statistik göstəriciləri təsdiqləyir.

 

 

Ümumi daxili məhsulun həcmi ötən ilki dövrlə müqayisədə bu ilin birinci rübündə  2,9 faiz azalıb. Araşdırmaçılar bunun bir faiz olacağını proqnozlaşdırmışdılar.

 

Ölkə iqtisadiyyatında azalmanı qışın sərt keçməsi ilə əlaqələndirirlər. Mütəxəssislər ikinci rübdə bu göstəricilərin yaxşılaşacağını ehtimal edirlər.

 

ABŞ prezidenti Barak Obamanın iqtisadiyyat məsələləri üzrə müşavirləri bildirib ki, bu rəqəmlər tənəzzül prosesinin hələ başa çatmadığını göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 721

Oxşar yazılar