ABŞ ilk F-22 “Raptor” qırıcılarını Avropaya gətirdi
29 avqust 2015 05:40 (UTC +04:00)

ABŞ ilk F-22 “Raptor” qırıcılarını Avropaya gətirdi

Almaniyanın qərbində yerləşən “Şpanqdalem” hərbi bazasına ilk dəfə olaraq ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-22 “Raptor” qırıcıları gətirilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hərbi təyyarələrlə birgə Almaniyaya ABŞ Hərbi-Hava Qüvvələrinin 60 hərbçisi də gəlib.

 

Məlumata əsasən, hərbi təyyarələr təlim və NATO-ya üzv ölkələrin təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə göndərilib.

 

Bundan əvvəl ABŞ Hərbi-Hava Qüvvələri naziri Debora Li Ceyms bəyan etmişdi ki, Rusiyadan gələn təhlükəni nəzərə alaraq ABŞ Avropada beşinci nəsil F-22 “Raptor” qırıcı təyyarələri yerləşdirməyi planlaşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar