ABŞ Quantanamo həbsxanasında saxlanan 2 məhbusu azad edərək Qana hökumətinə təhvil verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.
Hazırda Quantanamo həbsxanasında 105 məhbus qalıb.
“New York Times” qəzetinin məlumatına əsasən, indiyədək ümumilikdə 17 məhbus Quantanamo həbsxanasından azad edilərək müxtəlif ölkələrə təhvil verilib.
Qeyd edək ki, ötən ilin dekabrında ABŞ prezidenti Barak Obama bəyan etmişdi ki, 2016-cı ilin əvvəlində Quantanamoda məhbusların sayı 100 nəfərdən az olacaq.
Xatırladaq ki, Kuba ərazisində yerləşən Quantanamo 2002-ci ildə "Əl-Qaidə"nin 11 sentyabr terror aksiyalarından sonra açılıb.