ABŞ hərbi təyyarəsi qəzaya düşdü
26 noyabr 2015 02:20 (UTC +04:00)

ABŞ hərbi təyyarəsi qəzaya düşdü

ABŞ-ın Nyu-Meksiko ştatında ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, pilot təyyarəni tərk etməyə nail olub.

 

Adı açıqlanmayan pilotun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226

Oxşar yazılar