ABŞ - Rusiya əməkdaşlığı üzrə Prezident komissiyası «bir sıra layihələri müvəqqəti olaraq, dayandırıb».
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda xəbəri Dövlət Departamentinin saytı yayıb.
Məlumata əsasən, Konqreslə əldə edilmiş razılığa əsasən, həmin vəsait «iqtisadi islahatları dəstəkləmək, başqa təxirəsalınmaz işləri görmək, o cümlədən korrupsiyaya qarşı mübarizə və oğurlanmış maliyyə vəsaitlərinin qaytarılması üçün» ABŞ –ın Ukraynaya yardımına əlavə ediləcək.
Mənbə bildirib ki, Rusiya ilə işgüzar təmasların dayandırılması hələlik nöqtəvari xarakter daşıyır
Məlumata əsasən, Prezident komissiyasının xətti ilə keçirilən iki işçi qrupunun iclası təxirə salınsa da, əsas istiqamətlərdə əməkdaşlıq davam edir.