ABŞ Fələstin dövlətini tanımayacaq
30 dekabr 2014 02:49 (UTC +04:00)

ABŞ Fələstin dövlətini tanımayacaq

ABŞ Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcək.

 

APA-nın “Reuters” agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.

 

O, adıçəkilən qətnamə layihəsini qeyri-konstruktiv adlandıraraq, sənəddə İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunmadığını bildirib.

 

Məlum olduğu kimi, dekabrın 17-də BMT Təhlükəsizlik Şurasına müstəqil Fələstin dövlətinin yaranmasına dair qətnamə daxil olub. Qətnamə layihəsini İordaniya irəli sürülüb. Qətnamə layihəsinə əsasən İsrail 2016-cı ilin noyabrınadək qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Fələstin mənbələrinə görə, BMT Təhlükəsizlik Şurası məsələyə yaxın günlərdə baxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216

Oxşar yazılar