ABŞ dövlət katibi ilin sonunda Ermənistana səfər edəcək
04 mart 2014 18:25 (UTC +04:00)

ABŞ dövlət katibi ilin sonunda Ermənistana səfər edəcək

0

ABŞ dövlət katibi Con Kerri 2014-cü ilin sonunda Ermənistana səfər edəcək.


 

APA-nın xəbərinə görə, bunu “Armenpress”ə açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib. 

 

C.Kerrinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı İrəvana səfər etmək istəyini açıqladığını deyən amerikalı diplomat səfərin bu ilin sonunda baş tutacağına ümidvar olduğunu bildirib.

 

C.Heffern qeyd edib ki, hazırkı mərhələdə səfərin detalları məlum deyil. Təkcə o məlumdur ki, Kerri Ermənistana regional səfər çərçivəsində baş çəkəcək.

 

C.Heffern onu da əlavə edib ki, ABŞ dövlət katibi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 727

Oxşar yazılar