ABŞ Dövlət Departamentindən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
17 aprel 2014 00:14 (UTC +04:00)

ABŞ Dövlət Departamentindən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq

Dövlət Departamenti ABŞ vətəndaşlarına  Ukraynanın cənubi-şərqindəki Xarkov, Donetsk və Luqansk şəhərlərinə və Krıma səfər etməməyi tövsiyə edib.

 

Lent.az-ın  "UNN"-ə istinadən məlumatına görə, bu barədə Departamentin rəsmi açıqlamasında bildirilib.

 

“Dövlət departamenti ABŞ vətəndaşlarını, Krım yarımadası və Xarkov, Donetsk, Luqansk vilayətləri daxil olmaqla, Ukraynanın bir sıra regionlarına səfərlərini təxirə salmağı tövsiyə edir” – deyə, sənəddə vurğulanıb.

 

Səbəb kimi əraziyə Rusiya hərbi qüvvələrinin yeridilməsi göstərilib. Bəyanatda Rusiya hərbçilərinin Ukraynanın şərqində keçirilən etiraz aksiyalarında iştirakı qeyd olunaraq, Krımda bir sıra ABŞ vətəndaşının saxlanılması diqqətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695
avatar

Oxşar yazılar