ABŞ-ın desant taqımı NATO-nun mayda keçirəcəyi “Bahar fırtınası” (“Spring Storm”) adlı hərbi təlimində iştirak etmək üçün aprelin 28-də Estoniyaya gedib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Estoniyanın Müdafiə Nazirliyindən bildirilib ki, 150 nəfərlik taqım manevrlər zamanı Eamri aviasiya bazasında yerləşdiriləcək.
Xatırladaq ki, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək birgə hərbi təlimlə bağlı ABŞ bölgəyə 600-ə yaxın hərbçi göndərəcək.
“Amerikalı müttəfiqlərimiz Estoniya, Latviya və Litvada taqımlarının növbəli təlim keçirəcəkləri haqda bizi məlumatlandırıblar. Onlar Estoniyada bu ilin sonunadək qalacaq. 2014-cü il dekabrın 31-dən sonrakı olaylar beynəlxalq təhlükəsizlikdən asılıdır ”-deyə, Estoniya müdafiə naziri Sven Mikser bildirib.