Çin ABŞ-la İnternet-əməkdaşlığı üzrə fəaliyyətini dayandırır - YENİLƏNİB
20 may 2014 02:43 (UTC +04:00)

Çin ABŞ-la İnternet-əməkdaşlığı üzrə fəaliyyətini dayandırır - YENİLƏNİB

Çin xarici İşlər Nazirliyinin təmsilçisi Tsin Qann bildirib ki, çinli zabitlərə qarşı ABŞ-ın irəli sürdüyü ittihamlar “qondarmadır” və İnternet-əməkdaşlığı üzrə Çin - ABŞ işçi qrupu fəaliyyətini dayandırmağa məcburdur.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, diplomat daha sonra deyib: “Bu, beynəlxalq əməkdaşlıq normalarının ciddi şəkildə pozulması və ABŞ-la Çin arasında qarşılıqlı etibarın itməsidir”.

 

 

***

01.44

Çin ordusunun 5 zabitini ABŞ ikbercasusluqda ittiham edib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, onlar rəqibləri üstələmək üçün ABŞ-ın özəl şirkətlərinin İnternet-saytlarını sındırmaqda suçlu bilinib.

 

ABŞ-ın baş prokuroru Erik Holder bildirib ki, çox ciddi pozuntular aşkarlanıb və “buna kəskin cavab verilməsini” tələb edirlər.

 

Amerika Milli Təhlükəsizlik Nazirliyinin bölmə müdri Con Karlin deyib: “Şanxayda kompüterlərinin arxasında oturub, ABŞ şirkətlərinin sirlərini oğurlayanların adlarını biz ilk dəfədir açıqlayırıq”.

 

Prokurorun məlumatına əsasən, çinli zabitlər ABŞ-ın 6 şirkətinin ticarət informasiyasını və daxili sənədlərini əldə ediblər. Çinli hakerlərin hücumuna məruz qalan firmalar arasında bunların da adı var: “Westinghouse Electric”, “US Steel”, “Alcoa” və “Allegheny Technologies”.

 

Mənbə xatırladıb ki, ABŞ-la Çin arasında bu birinci hadisə deyil. Ancaq əvvəllər bu işlərlə bağlı ittiham irəli sürülməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725
avatar

Oxşar yazılar