ABŞ Dövlət Departamenti “İraq və Levante İslam Dövləti” qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparmaq üçün İraq hakimiyyətinə yardım etməyə hazır olduqlarını bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, departamentin bəyanatında Türkiyə və İraq rəsmiləri ilə məsləhətləşmələrdə ABŞ-ın istənilən yardımı etməyə hazır olduğu vurğulanıb.
Suriyadakı rejimi dəstəkləyən İran hakimiyyəti də beynəlxalq ictimaiyyəti İraqdakı cihadçılara qarşı savaşa yardım etməyə çağırıb.