ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirməyəcək
12 yanvar 2016 05:24 (UTC +04:00)

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirməyəcək

0

ABŞ Cənubi Koreyada yenidən nüvə silahı yerləşdirmək niyyətində deyil.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə rəsmi Vaşinqton nümayəndəsi bildirib.

 

“Koreya yarımadasına nüvə silahının qaytarılması regionda təhlükəli silahlanma yarışına gətirib çıxara bilər”, deyə ABŞ rəsmisi vurğulayıb.

 

Eyni zamanda o qeyd edib ki, son hadisələrlə əlaqədar Vaşinqton və Seul Cənubi Koreyanın təhlükəsizliyinin möhkəmləndirilməsi yollarını müzakirə edirlər.

 

Qeyd edək ki, yanvarın 6-da Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib.

 

Xatırladaq ki, ABŞ nüvə silahını Cənubi Koreyadan 1991-ci ildə çıxarıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar