ABŞ büdcəsinin kəsiri 439 mlrd dollara enib
16 oktyabr 2015 04:54 (UTC +04:00)

ABŞ büdcəsinin kəsiri 439 mlrd dollara enib

0

ABŞ federal büdcəsinin kəsiri sentyabrın 30-da başa çatmış 2015-ci maliyyə ilində 439 mlrd dollar və ya ÜDM-in 2,5 faizini təşkil edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  bu rəqəm  son 8 ildə ən aşağı göstərici olub. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.   

 

Məlumatda bildirilir ki, büdcə kəsirinin 2015-ci maliyyə ilində 439 mlrd dollaradək enməsi vergi yığımının hesabına baş verib. Bu 2014-cü ilin kəsirindən 44 mlrd dollar azdır. Bu rəqəm həmçinin son 40 il ərzindəki orta göstəricidən aşağı olub.

 

Qeyd edək ki, ABŞ büdcəsinin gəlir hissəsi 2015-ci maliyyə ilində 3,249 trilyon dollar, xərclər isə 3,688 trilyon dollar təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar