ABŞ Hərbi Qüvvələrinin giroluqda qalan yeganə hərbçisi, çavuş Bou Berqdal 5 ildən sonra “Taliban” əsirliyindən azad edilib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, artıq ABŞ tərəfə təhvil verilib.
Mənbə bildirib ki, onun azad edilməsi qarşılığında Amerika Quantanamo həbsxanasından 5 “talibi” sərbəst buraxıb.
ABŞ-la “Taliban” hərəkatı arasında məsələ ilə bağlı danışıqlara vasitəçiliyi Qətər krallığı edib.
Mənbə xatırladıb ki, 28 yaşlı Berqdal 2009-cu il iyunun 30-da “taliblər” tərəfindən girov götürülüb.