ABŞ Bəşər Əsəd və kürd qoşunlarının birləşməsinin əleyhinədir
23 oktyabr 2015 05:41 (UTC +04:00)

ABŞ Bəşər Əsəd və kürd qoşunlarının birləşməsinin əleyhinədir

0

Rəsmi Vaşinqton Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə hökumət qoşunlarının kürd silahlı dəstələrlə birləşməsini mümkünsüz hesab edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.  

 

“Biz həmişə bildirmişik ki, bizim nöqteyi-nəzərdən Suriya rejiminə etibar etmək olmaq və o İŞİD-ə qarşı istənilən koalisiyada iştirak edə bilməz”, deyə o bildirib.  

 

Mark Toner həmçinin Rusiya prezidenti Vladinir Putinin suriyalı həmkarı Bəşər Əsəd ilə görüşünə münasibət bildirərək, Bəşər Əsədin xalqına qarşı qəddar rəftarına son qoymağa məcbur etmək üçün  Putinin Əsədə təsir imkanından istifadə etdiyinə ümidvar olduğunu bildirib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar