Mayın 2-də ABŞ prezidenti Barak Obama Almaniyanın kansleri Angela Merkellə görüşdə Avropaya təbii qaz ixracını genişləndirmək niyyətində olduqlarını və bununla bağlı ticarət müqaviləsinin imzalanmasına hazırlıq getdiyini bildirib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, B.Obama deyib: “Biz Transatlantik ticarət-invenstisiya tərəfdaşlığımıza sadiqliyimiz təsdiqlədik. Bu yeni iş yerlərinin açılması və iqtisadi yüksəliş üçün həm ABŞ-a, həm də Avropaya lazımdır”.
O, bildirib ki, A.Merkellə energetik təhlükəsizliyinin, o cümlədən Avropanın şaxələnmiş enerji mənbələrindən istifadənin vacibliyini müzakirə edib.
“ABŞ təbii qazın ixracına lisenziyanı təsdiqləyib. Bununla qazın qlobal tədarükünü artıraraq, Avropa ölkələrindəki kimi dostlarımıza yardım edəcəyik. Tərəfdaşlıq Avropanın qaz idxalını yüngülləşdirəcək”-deyə, o, əlavə edib.