Ukrayna sərhədinə Rusiyanın qoşun cəmləməsi ilə bağlı ABŞ da Avropada silahlı qüvvələrinin sayını artıra bilər.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, uyğun bəyanatla ABŞ-ın müdafiə naziri Çak Heygel çıxış edib.
Onun sözlərinə əsasən, NATO-nun Avropadakı hərbi qüvvələrinin komandanı general Filipp Bridlavaya yaranmış vəziyyətlə bağlı əlavə tədbirlərin görülməsi barədə müraciət edilib.
“Əlavə tədbirlərə ABŞ-ın Avropada 5 minlik yeni briqadasının yerləşdirilməsi daxildirmi” sualına cavabında Heygel bildirib: “Bu, görüləcək tədbirlərin bir hissəsi ola bilər”.
Bundan başqa Heygel Ukrayna sərhədlərindən Rusiyanın qoşunlarını çəkməsinin təsdiqlənmədiyini də söyləyib.
“Qoşunun çəkilməsi ilə bağlı biz də təsdiqləyici heç nə yoxdur. Ordunun hərəkət etməsi barədə məlumat daxil olsa da, sərhəddə dəyişikliklərlə bağlı heç bir nişanə yoxdur»-deyə, Petaqonun başçısı söyləyib.