ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın əməliyyatlarına qoşulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, dekabrın 29-da aviadaşıyıcı gəminin göyərtəsində olan döyüş helikopterləri İŞİD-ə qarşı aparılan “Sarsılmaz əzm” əməliyyatı çərçivəsində ilk uçuşlarını həyata keçiriblər.
ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisinin Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı ilə Fars körfəzi akvatoriyasında İŞİD-ə qarşı birgə əməliyyatlarda iştirak edəcəyi qeyd olunur.