ABŞ Aİ-nin ardınca Belarusa qarşı bəzi sanksiyaları dayandırdı
29 oktyabr 2015 23:54 (UTC +04:00)

ABŞ Aİ-nin ardınca Belarusa qarşı bəzi sanksiyaları dayandırdı

0

ABŞ Belarusun 9 şirkətinə qarşı tətbiq edilən sanksiyaları qismən dayandırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.  

 

Bəyanata əsasən, qəbul olunan qərar “Belarusneft”, “Belneftexim” və onun ABŞ-dakı filialı, “Belşina”, “Qrodno Azot”, “Qrodno Ximvolokno”, “Lakokraska”, “Naftan” ASC və “Polotsk Steklovolokno” şirkətlərini əhatə edib.

 

Qeyd edək ki, bundan əvvəl Aİ ölkələri Belarusun 170 vətəndaşına qarşı sanksiyaların tətbiqini dörd ay müddətinə dayandırıb.

 

Bundan başqa, üç hüquqi şəxsə qarşı  tətbiq edilən sanksiyalar müvəqqəti  dayandırılıb.

 

Qeyd edək ki, bundan əvvəl Aİ Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı tətbiq edilən sanksiyaları ləğv edib.

 

Belarus lideri Aİ ilə münasibətlərin tam normallaşacağına ümidvar olduğunu bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar