ABŞ: Türkiyə İŞİD-lə mübarizədə səylərini artırmalıdır
04 dekabr 2015 02:45 (UTC +04:00)

ABŞ: Türkiyə İŞİD-lə mübarizədə səylərini artırmalıdır

ABŞ hesab edir ki, Türkiyə İŞİD terror qruplaşmasına qarşı mübarizədə mütləq səylərini artırmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

 

“Türkiyənin İŞİD-in ona təhlükə yaratdığını təsdiqləyən çoxlu  sübutları var. Düşünürəm ki, onlar təhlükəsizliyin təmin olunması, sərhədlərin bağlanılması üçün səylərini artıra bilərlər”, deyə Karter jurnalistlərə bildirib.

 

“Biz istərdik ki, Türkiyə İŞİD-lə mübarizədə səylərini artırsın. Bu çox vacibdir”, deyə nazir qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar