ABŞ: Rusiya Suriyada tək İŞİD-in mövqelərini bombalamır
02 oktyabr 2015 04:59 (UTC +04:00)

ABŞ: Rusiya Suriyada tək İŞİD-in mövqelərini bombalamır

0

ABŞ hesab edir ki, Rusiya Suriyada zərbələri tək İŞİD mövqelərinə yox, həmçinin  mötədil müxalifətin dəstələrinə də endirir.   

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib.  

 

“Rusiya böyük səhvə yol verir, çünki zərbələri ayırd etmədən endirir. Rusiya Suriya prezidenti Bəşər Əsədə yardım etməyə çalışır və ona qarşı çıxış edən bütün qüvvələri – həm İŞİD-i, həmdə mötədil müxalifəti – eyni qüvvə hesab edir”, deyə Ernest bildirib.   

 

“Bu qeyri səmərəli yanaşmadır. ABŞ istəyir ki, mötədil müxalifət qüvvələrinə  zərbələr endirilməsin. Hədəfləri fərqləndirmək lazımdır – koalisiya məhz belə də edir”, deyə Ernest bildirib və əlavə edib ki, Rusiyanın əməliyyatlara başlamasından sonra koalisiyanın İraq və Suriyadakı taktikasında hər-hansı bir ciddi dəyişiklik etmək planlaşdırılmır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar