ABŞ Dövlət Departamenti Rusiyanın S-300 raketlərinin İrana satışına qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərarını ölkədə yaranmış maliyyə vəziyyəti ilə əlaqələndirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf açıqlamasında bildirib.
“Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini nəzərə alsaq, çox güman ki, bu qərar pula görə verilib”, deyə Harf bildirib.
M.Harf həmçinin qeyd edib ki, S-300 raketlərinin İrana tədarük olunması İranın nüvə proqramı ilə bağlı danışıqlara təsir etməyəcək.
Qeyd edək ki, bu arada İran Rusiya, Çin və Hindistanı NATO-nun raket əleyhinə sisteminə qarşı birgə addımlar atmağa çağırıb.