ABŞ  Almaniya hökumətini 1990-cı illərdən izləyirmiş
02 iyul 2015 06:53 (UTC +04:00)

ABŞ Almaniya hökumətini 1990-cı illərdən izləyirmiş

 ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) uzun müddət ərzində  Almaniya kansleri Angela Merkel də daxil olmaqla,  bir neçə nazirin, dövlət qurumlarının digər rəhbərlərinin və yüksək vəzifəli məmurların telefonunu dinləyib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın  WDR və  MDR radiostansiyaları, həmçinin Süddeutsche Zeitung nəşri “Wikileaks” təşkilatına istinadla məlumat yayıblar.

 

Məlumata görə, ABŞ MTA-nın 2010-2012 –ci il tarixli siyahılarında Almaniya Maliyyə Nazirliyinin telefon və faks nömrələri yer alıb.

 

“İzləmə ən geci 1990-cı illərdən aparılıb”, deyə “Süddeutsche Zeitung” nəşri “Wikileaks”-ə istinadən bildirib. Nəşrin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları 1999-cu ildə Almaniyanın sabiq maliyyə naziri Oskar Lafontenin telefonunu dinləyib. Maraqlısı odur ki, qeyd olunan telefon nömrəsi indiyədək aktivdir. Hazırda bu nömrə ilə indiki maliyyə naziri Volfqanq Şoyblenin katibliyi ilə əlaqə saxlamaq mümkündür.   

 

Məlumata görə, MTA-nı ilk növbədə Almaniyanın iqtisadi və valyuta siyasəti maraqlandırıb.  

 

Almaniya hökuməti yayılan məlumatlara hələlik heç bir şərh verməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345
avatar

Oxşar yazılar