ABŞ: "Türkiyə zərbələrini daha çox İŞİD-in mövqelərinə yönəltsin"
19 fevral 2016 06:59 (UTC +04:00)

ABŞ: "Türkiyə zərbələrini daha çox İŞİD-in mövqelərinə yönəltsin"

0

ABŞ Dövlət Departamenti yenidən Türkiyəni zərbələrini daha çox İŞİD silahlılarının  mövqelərinə yönəltməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir çağırışla ABŞ  Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi çıxış edib.  

 

“Biz Türkiyəni zərbələrini daha çox ümumi düşmənimiz olan İŞİD-in mövqelərinə yönəltməyə çağırırıq”, - deyə Kirbi bildirib.  

 

Con Kirbi  ABŞ-ın  Türkiyənin ərazisini və xalqını terrorçuların hücumlarından qorumaq hüququnu dəstəklədiyini bildirib, lakin bu dəfə də Suriyadakı YPG kürd silahlılarını terrorçu adlandırmayıb.

 

Kirbi  “ABŞ-ın kürdlərin Suriyada nəzarət etdiyi ərazilərin genişlənməsindən narahat olduğunu” bildirərək, onları dayanmağa çağırıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar