ABŞ-ın hərbi təyyarələri İraqda “İslam dövləti” qruplaşmasının mövqelərinə daha beş zərbə endiriblər.
APA-nın İTAR-TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.
Hava zərbələri nəticəsində terrorçuların zirehli texnika, silah-sursat və atəş nöqtələri məhv edilib, yaraqlılara məxsus tikiliyə ciddi ziyan dəyib. Hava hücumu strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında həyata keçirilib.
Beləliklə, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən “İslam dövləti” qruplaşmasının mövqelərinə 115 zərbə endirib.