ABŞ və beynəlxalq koalisiya qüvvələri “İŞİD” terror qruplaşmasının Suriyanın şimalında yerləşən Kobani şəhərindəki mövqelərinə 8 hava zərbəsi endirib.
APA-nın məlumatına görə, bu barədə Reuters agentlyinə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığından bildiriblər.
“Komandanlıq Kobani şəhərindəki vəziyyəti diqqətlə izləməkdə davam edir. Şəhərin əksər hissəsi kürdlərin nəzarəti altındadır”, - Mərkəzi Komandanlıqda qeyd ediblər.
Bundan əvvəl ABŞ Britaniya və Niderlandla birgə “İŞİD”-in Kobanidəki mövqeılərinə 6 hava zərbəsi endirib. Nəticədə terrorçuların zirehli texnikası, silah-sursat daşıyan yük maşınları məhv edilib.