ABŞ: “İraqda və Suriyada quru əməliyyatı keçirilməlidir”
27 sentyabr 2014 04:56 (UTC +04:00)

ABŞ: “İraqda və Suriyada quru əməliyyatı keçirilməlidir”

“İslam dövləti” qruplaşmasının mövqelərinə endirilən hava zərbələri yaraqlıların infrastrukturunu dağıtmağa başlayıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ qərargah rəislərinin birləşmiş komitəsinin sədri Martin Dempsi bildirib.

 

Bununla belə o qeyd edib ki, qələbə üçün hava zərbələri kifayət deyil. Dempsinin sözlərinə görə,  Suriya və İraqda quru əməliyyatı həyata keçirilməlidir.

 

“İslam dövləti” qruplaşmasının ələ keçirdiyi əraziləri azad etmək üçün xüsusi təlimlərdən keçmiş 15 minə yaxın canlı qüvvəyə ehtiyac var. Suriya ərazisində cihadçılarla mübarizəni müxalifətin hərbi bölmələri də apara bilər”, Dempsi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar