ABŞ  “Hizbullah”la əlaqəsi olanlara sanksiya tətbiq edib
11 iyul 2014 03:45 (UTC +04:00)

ABŞ  “Hizbullah”la əlaqəsi olanlara sanksiya tətbiq edib

0

ABŞ “Hizbullah” qruplaşması ilə əlaqədə olan bir neçə şəxs və şirkətin adını özünün “qara siyahısına” daxil edib.

 

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, sanksiya Livandan olanla Kamil və Məhəmməd Əmhaz qardaşlarına, eləcə də Beyrutda yerləşən və onlara məxsus “Stars Group” holdinqinə tətbiq edilib. Bundan başqa həmin şirkətin Birləşmiş Ərəb Əmirliyi və Çindəki törəmə strukturları, onların baş direktorları da sanksiyaya məruz qalıb.

 

ABŞ qanunlarına əsasən, ölkə vətəndaşlarına onlarla istənilən işgüzar təmas yasaqdır. Amerika qanunları əhatəsində olanlar sanksiya məruz qalanlarla işgüzar əlaqə saxlayacağı halda hesabları dondurulacaq.

 

ABŞ maliyyə nazirinin müavini Devid Koen məsələ ilə bağlı bildirib ki, “Hizbullah” öz təsir dairəsini “Livandan xaricdə genişləndirməyə” çalışır və “Suriyadakı hərbi imkanlarını artırmaq üçün beynəlxalq maliyyə sistemindən istifadə etməyə və terrorçuluq fəaliyyətini bütün dünya da genişləndirməyə cəhd göstərir”.

 

“Bütün ölkələrini bu terrorçu qruplaşmaya qarşı mübarizə aparması və onun maliyyə mənbələrinin bağlanması fövqəladə dərəcədə vacibdir” - deyə, nazir müavini vurğulayıb.

 

ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psakinin sözlərinə görə, “Hizbullah” öz hərbi imkanlarını genişləndirmək üçün “Stras Group” kimi qondarma şirkətə istinad edir. O, deyib ki, bu holdinq gizli şəkildə dünyanın hər yerindən mürəkkəb elektron və başqa texnologiyaları pilotsuz uçan qurğuların hazırlanmasında istifadə etmək məqsədi ilə alıb. Onun sözlərinə əsasən, həmin qurğulardan Suriyada istifadə olunur.

 

ABŞ-ın Maliyyə Nazirliyi həmin avadanlığın ABŞ, Kanada, Asiya və Avropa dövlətlərindəki şirkətlərdən alındığını təsdiqləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 683

Oxşar yazılar