ABŞ Dövlət Departamenti terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyasının (Cəbhəsi) aparıcı 3 fiqurunun başına mükafat qoyub.
Lent.az-ın ”Anadolu”» Agentliyə istinadən məlumatına görə, Musa Asoğlu, Zərrin Sarı və Səhər Dəmir Şənin ələ keçirilməsi üçün 3 milyon dollar mükafat ayırıb.
Xatırladaq ki, bu təşkilat 1994-cü ildə İnqilabçı soldan ayrılıb. Onların hədəfi Türkiyədə Konstitusiyanı silah yolu ilə dəyişərək, yerinə marksçı - leninçi hakimiyyət qurmaqdır. Ən çox fəal olduğu dövlətlər Türkiyə, Avropa, Orta Şərq ölkələridir. Təşkilat ABŞ, Avropa Birliyi və Türkiyənin terrorçu təşkilatları siyahısındadır.