ABŞ - İran hərbi işbirliyi istisna edilmir
16 iyun 2014 20:39 (UTC +04:00)

ABŞ - İran hərbi işbirliyi istisna edilmir

ABŞ-ın dövlət katibi Con Kerri İraqda baş verənlərə dair İranla danışıqlara açıq olduqlarını bildirib.

 

Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, ölkəsində mətbuata açıqlama verən, amerikalı diplomat deyib: “Təhlükəsizlik baxımından İraqda vəziyyət günbəgün ağırlaşır. Bu şəraitlə bağlı İranla danışıqlara hazırıq. İraqda “İraq Şam İslam Dövləti» yaraqlılarının irəliləməsinin qarşısının alınması məqsədi ilə İran - ABŞ hərb işbirliyi istisna edilmir”.

 

O, İŞİD yaraqlılarının mövqelərinə ABŞ-ın pilotsuz təyyarələrdən hava zərbələri endiriləcəyini istisna etməyib.

 

Kerri deyib ki, İrandakı hakimiyyətlə İraq hökuməti arasında müəyyən etimad mövcuddur və bu münasibət danışıqlara yardım edərsə, o zaman Vaşinqton Tehranla dialoqa hazırdır.

 

Onun  sözlərinə görə, ABŞ yaraqlılara qarşı mübarizədə Bağdad hökumətinə kömək məsələsini İranla da müzakirə etməyi istisna etmir.

Kerri bunları iyunun 16-da İŞİD-in yaraqlıları İraqın 3-cü böyük şəhərini tutandan sonra deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar