ABŞ - İran danışıqları başlayıb
05 iyul 2014 01:02 (UTC +04:00)

ABŞ - İran danışıqları başlayıb

0

ABŞ dövlət katibinin müavini Uilyams Berns və İran xarici işlər nazirinin müavini Abbas Araqçi arasında Tehranın nüvə problemi üzrə ikitərəfli danışıq - məsləhətləşməsi başlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Araqçi bu yöndə danışığı artıq Avropa Birliyinin xarici işlər üzrə komissarının müavini Xelqa Şmidtlə aparıb.

 

ABŞ və İran təmsilçisi arasında görüş Vyanada “Koburq” mehmanxanasında keçirilib.

 

Danışıqların nəticəsi barədə açıqlama yayılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 678

Oxşar yazılar