ABŞ-ın müdafiə naziri Yaxın Şərqə gedir
11 may 2014 04:48 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri Yaxın Şərqə gedir

ABŞ müdafiə naziri Çak Heygel gələn həftə Yaxın Şərqə səfər edəcək. Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, səfər çərçivəsində onun İsrail, İordaniya və Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir.

 

Mənbə bildirib ki, Pentaqonun başçısı həmin dövlətlərin rəsmiləri ilə İranın nüvə proqramı, eləcə də Suriyadakı vətəndaş müharibəsinə dair məsələləri müzakirə edəcək.

 

Səfərinin sonuncu günü o, İsrailə  gedərək, raketəleyhinə müdafiə sistemi ilə bağlı danışıqlar aparacaq.

 

Xatırladaq ki, İsrailin Müdafiə Nazirliyi ABŞ hakimiyyətindən 2017-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan hərbi-maliyyə yardım proqramını  təsdiqləməyi tezləşdirməyə çağırıb.

 

2007-ci ildə qəbul edilən proqramın müddəti 2017-ci ildə başa çatır. Mənbənin məlumatına əsasən, İsrail ABŞ-dan illik hərbi - maliyyə  yardımı 3 milyard dollardan 3,2 – 3,5 milyard dollaradək artırmağı istəyib.

 

İsrailin Müdafiə Nazirliyi hesab edir ki, bu proqram qəbul olunacağı halda 5 illik planda xərclər ixtisar edilə bilər.

 

Qurum bildirib ki, hazırkı vəziyyətdə döyüş qabiliyyətin mövcud tələblərə uyğun saxlamaqla Maliyyə Nazirliyinin xərcləri ixtisar tələbini yerinə yetirə bilmir.

 

Mənbə xatırladıb ki, bir müddət öncə ABŞ yardımı artıracağını boyun olsa  da, onu 2,8 milyard dollaradək azaldıb.

 

Mayın 9-da İsrailin Müdafiə Nazirliyi bildirib ki, maliyyə çatışmazlığı ucbatından “Dönüş nöqtəsi – 8” adlı hərbi təlim təxirə salınıb. Qurum xəbərdarlıq edib ki, maliyyə vəsaitinin çatışmazlığı üzündən tezliklə bütün təlimlər ixtisar olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751
avatar

Oxşar yazılar