ABŞ-ın iş adamlar Peterburq iqtisadi forumunu boykot edə bilər
02 may 2014 07:10 (UTC +04:00)

ABŞ-ın iş adamlar Peterburq iqtisadi forumunu boykot edə bilər

ABŞ hakimiyyəti ölkənin iş adamları ilə Peterburqda keçirilməsi nəzərdə tutulan Beynəlxalq İqtisadi Forumun boykot olunmasını müzakirə edir.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, mayın 1-də Ağ Evin təmsilçisi Cey Karni uyğun bəyanatla çıxış edib.

 

Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın tutduğu mövqeyə görə iqtisadi forumun boykot edilməsi gündəliyə gəlib.

 

“Belə bir danışığın getdiyini təsdiqləyə bilərəm. Ancaq ətraflı bir söz deyə bilmərəm ”-deyə, Karni qeyd edib.

 

Bir müddət öncə “Peterburq Beynəlxalq İqtisadi Forumu-2014”-ün hazırlığı üzrə təşkilat komitəsinin başçısı, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukov Qərbin sanksiyasına görə, bu il tədbirdə iştirak edən dövlət və hökumət başçılarının sayının ötən ilkindən az olacağını söyləmişdi.

 

Xatırladaq ki, forum mayın 22-dən 24-dək keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar